Məşhur futbolçu Eşli Yanq bu yay müqaviləsi başa çatdıqdan sonra "Aston Villa"nı tərk edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
37 yaşlı futbolçu başa çatan mövsüm bütün turnirlərdə 32 oyun keçirib və 1 qol vurub.
Xatırladaq ki, Yanq 2021-ci ildə “Aston Villa”ya qayıdıb. Bundan sonra klub futbolçunun müqaviləsini daha bir il uzadıb. O, karyerası ərzində "Mançester Yunayted", "İnter", "Uotford" kimi komandaların da formasını geyinib.
Qeyd edək ki, Mövsümün yekunlarına görə, "Aston Villa" Premyer Liqada yeddinci yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb.