31 may 2023 17:15
259

Tataruşanu “Milan”ı tərk edəcək

“Milan”ın qapıçısı Çiprian Tataruşanu komandanı tərk edəcək.

“İki sahil” xəbər verir ki, 37 yaşlı qolkiper yayda İtaliya klubundan ayrılacaq.

Müqaviləsi başa çatacaq futbolçu azad agent statusu alacaq. Onun xidmətində “Kalyari” maraqlıdır.

Qeyd edək ki, Tataruşanu 2020-ci ilin sentyabrında “Lion”dan “Milan”a keçib.