31 may 2023 23:25
258

Rusiyanın raketləri tükənməyəcək - Kovalenko

Rusiyanın raketləri heç vaxt tükənməyəcək.

“İki sahil” xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.

Ekspert qeyd edib ki, hesablamalara görə, martın 9-dan bəri ruslar maksimum 350 raket toplaya bilib.

“Eyni zamanda, Rusiya artıq ötən ilə nisbətən daha az raketə malikdir və ruslar bu potensialı bərpa edə bilməyəcəklər. Buna baxmayaraq, bu gün Rusiya “X-101/555”, “Kalibr”, “İsgəndər”, “X-59”, “X-31”, “X-38”, “Xəncər” və s. raketlər istehsal edə bilər”, - ekspert bildirib.