31 may 2023 21:11
434

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyen ilə görüşüb FOTO

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb.

Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.