31 may 2023 21:44
252

Qasırğa səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib

Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib.

“İki sahil” xəbər verir ki, hazırda tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib.

Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir.

Digər 1995-ci il təvəllüdlü qadın pasiyent bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur.