Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb.
“İki sahil” xəbər verir ki, hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş evlərə, ərazilərə baxış keçirilir. Yolun hərəkət hissəsinə, dam örtüklərinin üzərinə aşan ağaclar təmizlənir.
Qəzalı vəziyyətə düşən elektrik və rabitə dirəklərinin, naqillərinin bərpası üçün xüsusi işçi qüvvəsi işləyir. Buna baxmayaraq, kəndlər də daxil olmaqla rayon mərkəzinə elektrik enerjisinin verilişi tam dayandırılıb. Qaz xətlərinə ciddi zərər dəyməsə də, təhlükəsizlik baxımından şəhərin bəzi ərazilərinə qaz təchizatı da dayandırıb.
Kəndlərdə taxil, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib.
Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.
Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır
Komitə sədri: Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır
“Azərişıq” ASC Culfada fermer və sahibkarlar üçün maarifləndirici tədbir keçirib
FHN-in Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində təlim keçirib