Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuz ərazilərimizi erməni işğalından azad edərək regionda yeni siyasi reallıqlar yaratdı.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyada deyib. Fuad Nəcəfli qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması həmin reallıqlardan biridir. Bu nəqliyyat dəhlizi Azərbaycan və Naxçıvanı Avropa ilə birləşdirəcək və regionun iqtisadi inkişafına təkan verəcək. Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi Prezident İlham Əliyevin təşəbbüsüdür və bu layihə beynəlxalq dəstəyə malikdir.
“Naxçıvanda alternativ enerji istehsalı üçün böyük potensial var. Biz xarici investorları Naxçıvana sərmayə qoymağa dəvət edirik”, - deyə Prezidentin nümayəndəsi qeyd edib.