04 iyun 2023 14:48
240

Taekvonduçumuz 1/4 finala vəsiqə qazanıb

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib. Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.