04 iyun 2023 21:11
284

Rusiya neft hasilatını sutkada 500 min barel azaltmağı gələn ilin sonuna qədər uzadacaq

Rusiya könüllü neft hasilatını sutkada 500 min barel azaltmağı 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq, bu, 2024-cü il üçün kvotadan hesablanacaq.

“İki sahil” xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib. “Rusiya OPEC+ sazişində iştirak edən ölkələrlə razılaşaraq ehtiyat tədbiri olaraq könüllü 500,000 barel azaldılmasını 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq”-deyə, o bildirib. Novak bildirib ki, Rusiya artıq neft hasilatını sutkada 500 min barel azaltmaq səviyyəsindədir.