08 iyun 2023 14:52
715

SOCAR-ın prezidenti “Citi”nin Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-ın “Citi” investisiya bankının Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru David Livinqston ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə beynəlxalq maliyyə bazarları müzakirə edilib, neft, qaz, neft-kimya, bərpa olunan enerji sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR ilə “Citi” arasında regionun iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verən bir sıra strateji əhəmiyyətli layihələrin maliyələşdirilməsi də daxil olmaqla 15 ildən artıq davam edən tərəfdaşlıq əlaqələri mövcuddur.