09 iyun 2023 21:22
334

Hakan Fidan və Cozep Borrell regional inkişaf perspektivlərini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

C.Borrell Fidanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional inkişaf perspektivləri müzakirə olunub.