09 iyun 2023 22:38
645

SOCAR Ukraynaya 20 ton yanacaq göndərib

SOCAR Ukraynaya humanitar yardım məqsədilə 20 ton yanacaq göndərib.

Bu haqda “İki sahil”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Ukraynaya 20 ton yanacaq təmin edilib.