09 iyun 2023 22:53
351

İşlər Ukraynanın bölünməsinə doğru gedir: "Odessa və bütün Qara dəniz regionu Rusiyanın nəzarətində olmalıdır"

“İşlər Ukraynanın bölünməsinə doğru gedir, bunu artıq hamı başa düşür, o cümlədən Kiyevin özündə”.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.

Konstantinov aydınlaşdırıb ki, Ukraynanın bölünməsi ssenariləri fərqli ola bilər:

“Lakin bir şey aydındır ki, Odessa və bütün Qara dəniz regionu Rusiyanın nəzarətində olmalıdır. Bunların hamısı ənənəvi olaraq bizim torpaqlarımızdır”.