11 iyun 2023 19:40
474

XİN: Azərbaycan-Belarus əməkdaşlığının daha da dərinləşməsini səbirsizliklə gözləyirik

Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik.

“İki sahil” xəbər verir ki,  bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Belarusla ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşımında yer alıb. “Bu gün Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

Bu münasibətlə Belarus hökumətinə və xalqına səmimi arzularımızı çatdırır və Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın xarici siyasət idarəsindən qeyd edilib.