12 iyun 2023 15:13
366

Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edərkən gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub.

“İki sahil” xəbər verir ki, eləcə də Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.