13 iyun 2023 17:15
375

Zakir Həsənov Türkiyənin yeni müdafiə naziri ilə görüşüb

Türkiyə yeni milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri çərçivəsində baş tutub.