14 iyun 2023 12:13
330

Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində IV milli hesabat gələn il təqdim ediləcək

Bu vaxta qədər Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi çərçivəsində 3 könüllü hesabatını təqdim edib.

“İki sahil” xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dördüncü milli hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır.

"Qeyd edim ki, dünyada könüllü olaraq milli hesabatlarını təqdim edən ölkələrin sayı elə də çox deyil. Azərbaycan BMT-nin qlobal layihəsini tam mahiyyətinə uyğun olaraq 2030-cu ilə qədər milli inkişaf yoluna uyğunlaşdırmaq yolunu seçib" - deyə o bildirib.