15 iyun 2023 00:11
340

Dünya Azərbaycanla Türkiyə arasında münasibətləri qibtə ilə izləyir - Ərdoğan

Dünya Azərbaycanla Türkiyə arasında münasibətləri qibtə ilə izləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, iki ölkə bütün məsələlərdə hər zaman bir-birinin yanındadır.

Ərdoğan əlavə edib ki, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə ortaq ticarət həcminin 15 milyard dollara çıxarılmasına dair qərar veriblər.