15 iyun 2023 08:03
325

Heydər Əliyev hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin təməl prinsiplərini yaratdı - Mikayıl Cabbarov

“Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin təməl prinsiplərini yaratdı”.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

“1993-cü ilin məhz bu günü Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin təməl prinsiplərini yaratdı. Xalqımızın azadlıq ideyalarının gerçəkləşdirilməsi ilə səciyyələnən 15 İyun – Mill Qurtuluş Günü münasibətilə xoş arzularımızı çatdırır, firavanlıq və daimi rifah arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan!”, - iqtisadiyyat naziri qeyd edib.