15 iyun 2023 10:25
303

Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu - Tahir Budaqov

2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır. Bu il müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd olunur.

“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 15-də Şuşada “Qurtuluşdan Zəfərə” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin misilsiz olduğunu vurğulayan Tahir Budaqov Ümummilli Liderin iki fərqli dövrdə - SSRİ dönəmində və dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan üçün taleyüklü məsələlərin həllinə nail olduğunu diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, 91 nəfər ölkə ziyalısının müraciətinə Heydər Əliyevin razılıq verməsi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndərin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu.