15 iyun 2023 15:02
299

Azərbaycan Prezidentinin adından Pakistanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə rəsmi lanç verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.