15 iyun 2023 16:02
321

Cevdet Yılmazdan Milli Qurtuluş Günü ilə bağlı paylaşım: İki bədəndə bir can, Türkiyə-Azərbaycan!

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə özünün rəsmi Tvitter hesabında yazıb.

İki bədəndə bir can, Türkiyə-Azərbaycan!

Dost və qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin ildönümü mübarək.

Birliyimiz, həmrəyliyimiz əbədi olsun”, - paylaşımda qeyd olunub.