15 iyun 2023 18:47
299

Prezident: Biz Pakistanla birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik

Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

“Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, - Azərbaycan Prezidenti vurğulayıb.