16 iyun 2023 11:49
350

Musa Qasımlı: Beynəlxalq təşkilatlar Ermənistana yerini göstərməlidir

Bu gün bizim İran, Gürcüstan, Rusiya ilə quru sərhədlərimiz bağlı, amma Ermənistanla quru sərhədimiz açıqdır. Bu, Prezidentin böyük humanist addımıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, Ermənistan bunu qiymətləndirə bilmir: “Xüsusən onun havadarları, İran bölgəni qarışdırmaq istəyir. Bu gün Azərbaycan Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə icazə verir, Ermənistan bunu anlamır. Bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal məhv edilməlidir. Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik. Bu gün beynəlxalq təşkilatlar Laçın sərhəd buraxılış məntəqəsində baş verənlərə münasibət bildirməli, Ermənistana yerini göstərməlidir. Sərhəddə baş verən bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üstünə düşür”.