17 iyun 2023 12:34
308

XİN: Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir

“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericilik buna zəmin yaradır.