19 iyun 2023 14:18
296

Tbilisidə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunacaq

Bu gün Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında aparılacaq siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyanın fəaliyyəti ilə bağlı qeyri-formal müzakirə aparılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib:

“Bilavasitə həmin məsələlərin formal müzakirəsi aparılmayacaq, lakin qeyri-formal şəkildə biz bu məsələlərə də nəzər salacağıq, fikir mübadiləsi aparacağıq və təbii ki, komissiyanın işini davam etdirməsi ilə bağlı müəyyən fikirlərimizi bölüşəcəyik”, - Xələf Xələfov deyib.