19 iyun 2023 16:55
951

"Azəriqaz" 2 milyon 500 mininci abonentinə hədiyyə verdi - VİDEO/FOTO

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 500 mininci abonentinin adı məlum olub. O, Göygöl rayonu, Murovdağ qəsəbəsində qeydiyyatda olan Hacıyev Natiq Musa oğludur. Natiq Hacıyev torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib və döyüş zamanı yaralanıb.

Müharibə veteranının yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması işi də Birlik tərəfindən təmin edilib. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Natiq Hacıyevin 2 milyon 500 mininci abonent olduğu məlum olub. Bu məqsədlə «Azəriqaz» İstehsalat Birliyinin Baş direktorunun Satış üzrə müavini Rəşad Cavadov  və Gəncə RQİİ-nin rəhbərliyi abonentin evini ziyarət ediblər. Daha sonra Birlik rəhbərliyinin adından Natiq Hacıyevin ailəsinə hədiyyə təqdim olunub.

Elçin Zaman, "İki sahil"