Saman çantalar 2023-cü ilin yayında trenddədir və Amazonun 26,99 funt sterlinqlik rafiya çiyin çantası bu tendensiyanı əldə etmək üçün parlaq və sərfəli bir yoldur.
“Loewe və Coach”un samandan hazırlanmış çantalarına yüzlərlə funt xərcləmək əvəzinə, fərasətli Amazon alıcıları əl işi hesab olunan “CHIC DIARY” markasının samandan hazırlanmış çiyin çantasına üstünlük verirlər. "Gözəl hazırlanmış" və "pula qənaət” kimi şərhlərin verildiyi bu çantalar yay qarderobunun “ qəhrəmanı” hesab olunur.
Hər gün istifadə etmək üçün kifayət qədər kiçik, lakin bütün gündəlik ehtiyaclarınızı saxlamaq üçün kifayət qədər rahat üslubda hazırlanan “CHIC DIARY” rafiya çiyin çantaları yayda sizi daha tərz göstərəcək. Rahatlıqla çiyninizə taxacağınız “CHIC DIARY” çantalarında telefonunuzu qoya biləcəyiniz fermuarlı hissə də var.
Qiyməti cəmi 26,99 funt sterlinq olan çiyin çantası, qiyməti 450 funt sterlinq olan “ Loewe” səbət çantası da daxil olmaqla, bəzi rafiya çantalara nisbətən daha əlverişli alternativ hesab olunur.
“CHIC DIARY” çantası haqqında məlumat bunlardan ibarətdir:
Toxunmuş çantalar praktiki olaraq çimərlikdə və hətta səliqəli çiyin çantası tərzində gündəlik də istifadə oluna bilər.
Olduqca yumşaq olan bu çantalar fermuarla bağlanması sayəsində əşyalarınız təhlükəsiz və etibarlı qalacaq (bir çox açıq hörmə səbət çantalarından fərqli olaraq).
Tutacaqlar çiyin üzərində rahat taxmaq üçün kifayət qədər uzundur.
Sözügedən çiyin çantası 39,5x34 sm ölçüdədir və gündəlik ehtiyaclarınız üçün fermuarlı qapalı və kiçik daxili ciblərə malikdir.
Leyla Şeyxəli, “İki sahil”