21 iyun 2023 02:36
637

Bu, soğan deyil…

Xeyr, bu soğan deyil - bu, dünyanın ən böyük böyrək daşıdır! Şri-Lankada 62 yaşlı istefada olan hərbçinin bədənindən uzunluğu 5 düym, eni 4 düym olan 800 qramlıq bir kütlə çıxarılıb.

Təqaüdçü hərbçi Kanistus Konqenin böyrəyindən çıxarılan soğana bənzəyən nəhəng kütlə , böyrəyindən nə az , nə çox iki dəfə böyük idi.

“Ginnesin Rekordlar Kitabı”na düşən bu daşın 5,26 düym (913,37 sm) uzunluğunda və 4,15 düym (10,55 sm) enində olduğunu iddia edir. 62 yaşlı kişinin böyrək daşının çəkisi 800 qramdır və təxminən bir iri çörək ilə eyni çəkidir.

Qeyd edək ki, Konqenin böyrəyindən çıxarılan kütlə indiyə qədər qeydə alınan ən böyük və ən ağır kütlə hesab olunur.

İyunun 1-də Kolombodakı Ordu Xəstəxanasında əməliyyat zamanı daşı xəstənin böyrəyindən çıxaran cərrah Kuqadas Suzarşan daşın sağ böyrəyində yerləşməsinə baxmayaraq, böyrəyin funksiyasının pozulmadığını bildirib. Cərrahlar ağrı ilə bağlı heç bir fikir bildirməsələr də , kiçik böyrək daşlarının daha çox ağrıya səbəb olduğunu qeyd edirlər.

Leyla Şeyxəli, “İki sahil”