Malayziyada yaşayan 62 yaşlı Rokiah Samat adlı qadın sosial şəbəkədə tanış olduğu özündən 34 yaş kiçik Məhəmməd Amin Jundaillə ailə həyatı qurub. İkili “Tik-Tok”dan paylaşdıqları paylaşımlar sayəsində qısa müddətdə məhşur olmağı bacarıb. “Tik-Tok”da milyonlarla baxış sayına sahib olan Samat haqqında çıxan sözlər haqqında bunarı deyib: “Yaş sadəcə bir rəqəmdir. Biz çox xoşbəxtik”
62 yaşlı evdar qadın Rokiah Samat təxminən bir illik tanışlıqdan sonra keçən il Mohammed Amin ilə ailə həyatı qurub.
Samat Malayziyanın “Harian Metro” qəzetinə danışıb: “Çox gənc olmasına baxmayaraq, yoldaşım həqiqətən məsuliyyətli adamdır. Ümid edirəm ki, bu mənim son evliliyim olacaq. Mən onu həqiqətən sevirəm. Mən ömrümün sonuna qədər onunla yaşamaq istəyirəm.”
Sosial şəbəkə istifadəçiləri bu ikiliyə böyük maraq göstərib.
Samatın həyat yoldaşı 28 yaşlı Jundail isə belə deyib: “İlk dəfə “Tik-Tok”da onun hesabına rast gəldim və dost olmaq üçün mesaj göndərdim. 10 övladı, 22 nəvəsi və 1 nəticəsi olan bu qadına aşiq oldum. O,məni tamamlayır. Mənim gözümdə hər cəhətdən mükəmməl və qayğıkeş bir həyat yoldaşı olduğu üçün ona minnətdaram. Valideynlərim də bu evliliyi qəbul etdilər.”
Vüsal Cahanov, “İki sahil”