21 iyun 2023 15:51
299

Ceyhun Bayramov albaniyalı həmkarı ilə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransı çərçivəsində albaniyalı həmkarı Olta Xhaçka ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir Tvitterdə paylaşım edib.

“Bizim Azərbaycan-Albaniya ikitərəfli əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirmək və onun inkişaf perspektivləri haqqında ətraflı danışmaq şansımız oldu”, - XİN başçısı vurğulayıb.