22 iyun 2023 01:36
619

Gözümüzün düşməni - gizli diabet

Onun əlamətləri nələrdir?

Bəzi insanlar bundan narahat olmasalar da, diabet çox ciddi bir problemdir. Gizli diabetin səbəb olduğu əlamətlərdən biri göz ətrafındakı qızartılardır. Əslində, göz ətrafındakı qızartı daha pis bir xəstəliyin əlaməti ola bilər.

Optiklər göz ətrafı qızartının 2-ci tip diabetin gizli əlaməti ola biləcəyi barədə xəbərdarlıq edirlər. Onlar bunun get -gedə görmə qabiliyyətinin pozulmasına gətirib çıxardığını bildirirlər.

“Boots Opticians” optik şəbəkəsindən Kayla Blek "Göz testləri görmə qabiliyyətinizi və eynəyə ehtiyacınız olub olmadığını yoxlayır. Lakin göz testləri diabet kimi ciddi xəstəliyin gözdə yaratdığı problemlərin aşkar olunmasında mühüm rol oynayırlar.",-deyə bildirib. Kayla Blek, həmçinin Diabet Maaarifləndirmə Həftəsi Forumunda diabet xəstələrinin gözləməli olduqları 5 əlaməti sadalayıb. 25 ildən artıq bir optometrist kimi çalışan xanım Blek forumda tədricən pisləşən görmə və ya qəfil görmə itkisini birinci mühüm əlamət kimi siyahıya daxil edib.

Görmə sahəsində üzən kiçik obyektlər , bulanıq və ya ləkəli görmə, göz ağrısı və ya qızartı gizli diabetin digər üç xəbərdarlıq əlaməti hesab olunur. Sadalanan problemlər müalicə edilməzsə, korluğa səbəb ola bilər. Lakin bu mərhələyə çatmaq üçün illər lazımdır. O, həmçinin sadalanan proseslərin birdən deyil, tədricən yarandığını da diqqətə çatdırıb.

Leyla Şıxəli, “İki sahil”