21 iyun 2023 18:05
449

Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında sərhəd xəttinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırdır

İyunun 15-də Laçın yolundakı insident Azərbaycan-Ermənistan sərhədinin delimitasiya olmamasının ümumu problemləri ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, əsaslı şəkildə işə başlamasına çağırıb. "Biz sərhəd xətlərinin keçdiyi yerləri müəyyənləşdirməyə hazırıq, o cümlədən həmin məntəqədə də...Rusiya sülhməramlı qüvvələrinin ünvanına ittihamlar tamamilə əsassızdır. Biz təkidlə KİV-ə bununla bağlı ritorikanın təzyiqini aşağı salmağı tövsiyə edərdik. Sülhməramlılar vəziyyətin normallaşması üzrə tərəflərlə sıx şəkildə işləyir, vəziyyətin sabitləşməsi ilə bağlı tapşırıqları dəqiq icra edir", deyə Rusiya XİN sözçüsü vurğulayıb.