23 iyun 2023 00:35
697

Qan testi beyin xərçəngini ilkin mərhələdə müəyyən edir?

Tədqiqatçılar görünüşcə sadə, lakin yüksək həssas qan testi ilə  müxtəlif növ beyin şişlərinin müəyyən olunmasını və  dəqiq diaqnozunu  aşkara çıxarmışlar. Bu testin  gələcəkdə  dəqiq diaqnoz qoyulmasında , invaziv üsul kimi xəstələrin yaxşı müalicə olunmasında  mühüm rolu olacaq.

Beyin xərçənginin müalicəsində əsas problem xərçəngin müxtəlif növlərinin, ən əsası da mikroskop altında demək olar ki, normal görünə bilən xoşxassəli şişlərdən tutmuş,  bədxassəli şişlərə qədər dəqiq diaqnozun qoyulmasıdır. Gələcəkdə xərçəng dərəcələri ilə bağlı  proqnozu müəyyənləşdirmək və müalicənin planlaşdırılmasına kömək etmək üçün  bu testdən istifadə olunacaq.

Mövcud üsullar molekulyar məlumatlara əsaslanaraq, beyin xərçənginin alt növünün diaqnozu və toxuma nümunələrini əldə etmək üçün invaziv cərrahi üsullara əsaslanır. Bu üsul  olduqca riskli bir prosedur hesab olunur. Bu test vasitəsilə  toxuma nümunəsinə ehtiyac olmadan beyin şişinin növünü aşkar etmək  mümkün olur. Bu zaman hər hansı bir cərrahi müdaxiləyə ehtiyac qalmır.

Leyla Şıxəli, “İki sahil”