“Gürcüstan, Azərbaycan və Qazaxıstanın Orta dəhlizlə bağlı konkret yol xəritəsi var”.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qazaxıstandan olan həmkarı Alixan Smailovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, keçən ilin noyabrında tərəflər arasında üçtərəfli memorandum imzalanıb: “Bu layihə ilə bağlı Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edirik”.
Qeyd edək ki, Qazaxıstanın Baş naziri A.Smailov Tbilisidə səfərdədir.