24 iyun 2023 02:37
1282

Kimlərə göyərti yemək olmaz?

“Rusiya” telekanalının “Ən vacibi haqqında” verilişində mütəxəssislər göyərtini kimlərin ehtiyatla yeməli olduğu barədə danışıblar. Belə çıxır ki, bəzən cəfəri, şüyüd və bu kimi faydalı bitkilər insana zərər də verə bilər.

Göyərtilər zəngin faydalı elementlər və vitamin mənbəyidir. Onların tərkibində K vitamini xüsusilə çox olur. Əksər insanlar üçün bu, müəyyən bir artıqlıqdırsa, müəyyən bir qrup xəstələr üçün bu, daha çox problemdir.

Məlum olub ki, varfarin kimi qan durulaşdıran dərmanlar qəbul edən insanlar üçün K vitamininin miqdarının artması ürəkaçan deyil. Çünki K vitamini varfarinin antaqonistidir, antidotdur. Göyərtiləri çox miqdarda yeyirsinizsə, qan durulaşdıran dərmanların təsirini zəiflədə bilərsiniz. “Buna görə də, belə hallarda göyərtidən ehtiyatla istifadə etməlisiniz”, -deyə doktor Aleksandr Myasnikov xəbərdarlıq edib.

Nubar Süleymanova, “İki sahil”