Dünyada elə yerlər var ki, müxtəlif səbəblərdən ziyarətçilər üçün əlçatmazdır. Həmin yerlər özəl olaraq qorunur və insanlar üçün tamamilə qapalı tutulur. Gəlin bu yerlərə birlikdə nəzər salaq:
Toxum deposu - Norveç
Ziyarətçilər üçün əlçatmaz olan məkanlardan biri Norveçdə yerləşən Toxum deposudur. Burada Norveçə məxsus adaların birində dünyada olan bütün bitki və tərəvəz toxumları saxlanılır. Gələcəkdə qlobal istiləşmə və ya digər səbəbdən qida çatızmalığı problemi olarsa, burada saxlanılan toxumlardan istifadə ediləcək. İlin 153 günü günəş işığından məhrum olan ərazidə havanın temperaturu nə az, nə çox mənfi 46 dərəcə olur. Bura ziyarət üçün qadağan olunan yerlərə sırasındadır.
Qızıl deposu- İngiltərə
Dünyanın ən böyük qızıl depolarından biri İngiltərə Mərkəzi Bankına aiddir. Londonda yerləşən depoda başqa ölkələrə aid olan toplam 5 min tondan çox qızıl saxlanılır. Bu məkanda yerləşən qızılların ümumi dəyəri təxminən 190 milyard funt-sterlinqdir. Sadə vətəndaşlar üçün qadağan olunan məkana dünyada yalnız 3-4 nəfər daxil ola bilər. Bütün təhlükəsizlik tədbirləri düşünülən məkandan 1694-cü ildən bu günə qədər heç bir oğurluq hadisəsi qeydə alınmayıb.
Kahoolave adası – ABŞ
Deyilənlər görə, ABŞ-da yerləşən bu ərazidə keçmişdə dini mərasimlər keçirilirdi. Bu məkan daha sonra amerikalı məhbusların sürgün yeri kimi də istifadə olunub. ABŞ-ın hərbi donanması burada təlimlər keçib. Hazırda bu ərazi qoruma altında deyil, lakin bir çox insan bu ərazi haqqında məlumatı olduğu üçün getməkdən çəkinir. Yalnız buraya ərazini abadlaşdırmaq üçün tez-tez gedən bir könüllü qrup var.
Kofun kurqanı – Yaponiya
Kofun kurqanı Yaponiyada yerləşən süni adaların birində inşa olunub. Bu süni adada imperator ailəsinin qədim məzarları yerləşir. Planetimizin ən böyük kurqanı sayılan Kofun 400 metr dərinlikdədir. Şaquli və ya üfiqi vəziyyətdə yerləşən kurqan əsasən daş və ağac məzarlardan ibarətdir. Bəzi kurqanların ətrafında xəndəklər qazılmışdır. Bu yer nadir hallarda arxeoloqlar tərəfindən ziyarət edilə bilər, o da imperator məhkəməsinin icazəsi ilə.
Şimali və Cənubi Koreya sərhədi
Şimali və Cənubi Koreyanın sərhədi dünyanın ən güclü qorunan yerlərindən biridir. Təxminən 250 kilometr uzunluğu olan ərazi 1953-cü ildə Koreya müharibəsindən sonra Çin və ABŞ-ın imzaladığı anlaşma nəticəsində yaradılıb. Həmin ərazidən yalnız Şimali və Cənubi Koreya liderləri görüşmək üçün istifadə edirlər. Sadə vətəndaşların buranı ziyarət etməsi mümkün deyil.
“DON-2 N” radar stansiyası – Rusiya
“DON-2 N” radar stansiyası Moskvanın raket müdafiə sisteminin bir hissəsi sayılır. Bura qiriş qadağandır. Yalnız stansiyanın rəhbərinin təşkilatçılığı ilə nadir hallarda jurnalistlər bu məkana daxil ola bilirlər. Çox maraqlıdır ki, həmin jurnalistlərin içəridə olanların yalnız kiçik bir hissəsini görməyə icazələri var.
Sable adası – Kanada
Atlantik okeanında yerləşən bu adanın əhaləsi 30 nəfəri keçmir. Onlar da əsasən meteoroloji stansiyanın əməkdaşlarıdır. Adətən bu ada xarab olmuş və batan gəmilərin məzarlığı kimi də istifadə olunur. 1800-ci ildən başlayaraq adanın yaxınlığında 350-yə yaxın gəmi qəzası qeydə alınıb. Sable unikal təbiətinə görə qoruq elan edilmişdir. Buranı ziyarət etmək istəyən insanlar Kanada hökümətinə yazılı surətdə müraciət etməlidirlər. Müraciətdə də ziyarətin səbəbləri izah edilməlidir.
Sion Müqəddəs Məryəm kilsəsi- Efiopiya
Bu ibadətgahda məbədin əsas hissəsi sayılan Əhd sandığı yerləşir. Yalnız xüsusi tutulan relikt qoruyucusu olan insan bu əraziyə daxil ola bilər. Həmin insana məbədi tərk etmək və ya insanlarla ünsiyyət qurmaq qadağandır.
BT Tower televiziya və radio stansiyası ( BT qülləsi) - Böyük Britaniya
1971-ci ildə qüllədəki partlayışdan sonra fırlanan restoran və müşahidə göyərtəsi ictimaiyyət üçün bağlandı. Vaxtaşırı burada xeyriyyə tədbirləri keçirilir. Burada ehtiyacı olan insanlara bir çox maliyyə yardımları edilir.
Fort Noks- ABŞ
ABŞ- da yerləşən bu məkanı bir ordu qorumaqdadır. Çünkü ölkənin qızıl ehtiyatının çox hissəsi, dövlət və ordu üçün əhəmiyyətli olan hər şey məhz burada saxlanılır. Hətta bəziləri saxlanılan yadplanetlilərin də burada gizlədildiyini qeyd edir. Binanın tikintisi zamanı hər cür təhlükəsizlik detalları nəzərə alınıb. Divarları 122 santimetr qalınlığında qranitdən tikilən binanın giriş qapısı isə 22 ton ağırlığındadır. Məkanın ətrafı isə tikanlı məftillərlə və minalanmış sahə ilə qorunur.
Pionen Məlumat Mərkəzi- İsveç
İsveçin tanınmış "Bahnhof" internet provayderinin məlumat mərkəzlərindən biri olan “Pionen” İsveçin paytaxtı Stokholmda yerləşən nüvə qərargahıdır. “Albert France-Lanord Architects” adlı memarlıq şirkəti tərəfindən ofis şəklində dizayn edilən “Soyuq müharibə” dövründən qalma bu nüvə qərargahı yerin 30 metr dərinliyində yerləşir. “Pionen” məlumat mərkəzinin girişi isə 40 sm qalınlığındakı polad qapı vasitəsilə qorunur.
Lasko mağarası- Fransa
Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri olan mağaranı "İbtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur və onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən, Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir. Bu məkana qiriş qadağandır.
İse məbədi- Yaponiya
Eramızdan əvvəl 4-cü əsrdən bəri mövcud olan Yaponiyanın ən müqəddəs ziyarətgahı Günəş ilahəsi Amaterasuya həsr olunub. Buraya giriş ciddi şəkildə məhdudlaşdırılıb. Məbədin ərazisinə yalnız kahinlər və imperator ailəsinin üzvləri daxil ola bilər. Qalan insanlar isə onu 4 metr uzunluğunda olan taxta hasarların arasından görə bilərlər.
Samirə Tağıyeva, “İki sahil”