23 iyun 2023 23:47
642

Eyni məkanda, eyni tale….

Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizəsi Şimali Atlantikanın ucqar bölgəsində apardığı  bir neçə günlük axtarışlardan sonra yoxa çıxan sualtı qayığın  partladığını  və ekipaj üzvlərinin həyatını itirdiyini bildirib.  

Kontradmiral Con Mauqer cümə axşamı jurnalistlərə  verdiyi açıqlamada batiskafın qalıqlarının   uzaqdan idarə olunan sualtı aparat  vasitəsi ilə “Titanik”gəmisdən təxminən  487 metr aralıda suyun dibində aşkar olunduğunu bildirib. “Bunun necə, niyə və nə vaxt baş verdiyi ilə bağlı çoxlu suallar var. Bütün bu suallara cavab tapmağa çalışırıq,”-deyə Mauger əlavə edib. 

Qeyd edək ki, Titan batiskafı ilə əlaqə şənbə günü anidən kəsilib və   həmin andan etibarən nümayəndə heyəti əraziyə cəlb olunub.

“Titanik” ekspedisiyasını təşkil edən “OceanGate” şirkəti gəmidəki  beş ekipaj üzvünün “itkin düşdüyünə” inanmağa çalışdığını  bildirib.

Onu da bildirək ki,  uzaqdan idarə olunan sözügedən  sualtı aparatlar kameralarla təchiz olunub  və onilliklər ərzində dənizaltı kəşfiyyatında  gəmilərin üzə bilmədiyi dərinlikləri səyahət edə bilir.

Bəs üzən sualtı qayıqda kimlər var idi?

Pakistan və Böyük Britaniya vətəndaşı Şahzadə Davud və oğlu Süleyman,  macəraçı  Hamiş Hardinq ,  “Titan”da “OceanGate”-in baş icraçı direktoru və qurucusu  vəzifəsində çalışan Stokon Raş  və fransız tədqiqatçı Pol-Henri Narqolet sualtı qayıqda  baş verən partlayış zamanı itkin düşüblər.  “OceanGate” şirkəti ekipaj üzvləri haqqında danışarkən  onların   fərqli macəra ruhlu əsl kəşfiyyatçılar olduqlarını, dünya okeanlarını araşdırmaq və kəşf etmək eşqi ilə yaşadıqlarını bildirib.  Şirkət, həmçinin  bu çətin günlərdə  həlak olan şəxslərin ailələrinin yanında olduqlarını və itkiyə görə kədərləndiklərini də bəyan edib.

Leyla Şıxəli, “İki sahil”