24 iyun 2023 12:05
446

Aydın oldu ki, Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalmasına qərar verdi - Hikmət Babaoğlu

Biz bir neçə gün bundan əvvəl Gədəbəydə Azərbaycan xalqının birliyinə qarşı döşənmiş minanı gördük.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, çox sevindirici haldır ki, Azərbaycan hökuməti bununla bağlı çox yaxşı iş apardı: “Bu gün dünyadan çox həyəcanlı xəbərlər gəlir. Bu gün bir daha aydın oldu ki, cəmisi bir neçə gün bundan əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul etdi. Biz bu gün ideoloji minaların təmizlənməsinə səfərbər olmalıyıq”.