24 iyun 2023 12:52
464

Biz hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq - Sahibə Qafarova

İki gün sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcək.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış erməni ordusu Ordumuz tərəfindən 3 il əvvəl darmadağın edilib: “Biz hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq. Bu gün Silahlı Qüvvələrimiz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edir, yeni uğurlar arzulayırıq”.