"Rossiya 1" kanalında "Ən vacibi haqqında" verilişində doktor Aleksandr Myasnikov qaraciyərin sağlamlığı ilə bağlı sualları cavablandırıb. Xüsusilə də bu orqan üçün ən faydalı məhsulun və ən zərərli məhsulun adını çəkib.
Məlum olub ki, qaraciyər üçün ən müalicəvi vasitə qəhvədir - və bu, bir çox araşdırmalarla sübut edilmişdir.
"Xüsusilə hepatitiniz varsa, qaraciyərinizdə artıq zədə varsa, qəhvə hepatitin serroza, serrozun xərçəngə keçməsinin qarşısını alır",-deyə Aleksandr Leonidoviç bildirib.
Hər kəs bir sıra dərmanların qaraciyərə zərər verə biləcəyini bilir. Bəs ən zərərli hansılardır?
Hamımız bu vasitəni qəbul edirik və ölümcül qaraciyər nekrozunun əsas səbəblərindən biri odur. Bu, həddindən artıq dozada orqana zəhərli ziyan vuran məşhur parasetamoldur. Unutmayın: parasetamolun gündəlik dozası 4 qramdan çox deyil!
"Sizin etməməli olduğunuz digər şey, baş ağrısının qarşısını parasetamolla almaqdır. Bu, həqiqətən, qaraciyərə ikiqat zərbədir və zərərlə başa çata bilər", - deyə televiziya həkimi xəbərdar edib.
Myasnikov bildirib ki, ümumiyyətlə, parasetamol təhlükəsizdir, lakin ehtiyatlı olmaq lazımdır, xüsusən də uşaqlarda soyuqdəymə əleyhinə tozlardan istifadə edərkən çox vaxt parasetamolun qədərini diqqətdə saxlamalıyıq.
Nubar Süleymanova, “İki sahil”