“Rusiya 1”kanalında yayımlanan “Doktor Myasnikov” verilişində teleaparıcı internetdən istifadə edərək simptomlarla özünə diaqnoz qoymağın və müalicə etməyin risklərindən danışıb.
Aleksandr Myasnikovun sözlərinə görə, o, xəstələrə internetdə tibbi məlumat axtarmağa icazə verir, lakin onlardan bu prosesə ağıllı yanaşmağı xahiş edir. Həkim vurğulayıb ki, istifadəçi öz simptomları ilə bağlı sorğuya daxil olduqda, ilk səhifələr arasında rəsmi tibbi məlumatların yer aldığı saytlar olmur və pullu klinikaların reklamları çoxluq təşkil edir. Bundan əlavə, insanlar üçün etibarlı mənbələri şübhəli mənbələrdən ayırmaq çətin ola bilər.
Myasnikov əlavə edbi ki, həkimlər xəstəlikləri "açar sözlər" sisteminə görə müəyyənləşdirirlər. Mütəxəssisin qeyd etdiyi kimi, həkim hər bir fərdi vəziyyətdə şikayətləri nəzərdən keçirməlidir, çünki hətta adi bir baş ağrısının bir çox səbəbi ola bilər. “Açar sözləri bilmədən internetdə lazımi informasdiya tapa bilməzsiniz”,-deyə həkim izah edib.
Ekspert əmindir ki, uzaqdan müalicə məsələləri xroniki xəstəlikləri olan xəstələr üçün aktualdır.
Nubar Süleymanova, “İki sahil”