25 iyun 2023 16:50
1158

SOCAR-ın nağd pul vəsaitləri 38,6% artıb

Ötən il SOCAR-ın cari aktivləri 39,6% artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5% yüksələrək 80,84 milyard manata çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın maliyyə hesabatında bildirilir.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib