İlin o vaxtıdır ki, hamı möhtəşəm mənzərəsi olan, ləzzətli içkilərin bonus olaraq təklif olunduğu, mükəmməl pivəxanada içkidən içməyi arzulayır.
“Big7 Travel” səyahət saytı sizi İngiltərənin 10 ən yaxşı pivəxanası ilə tanış edəcək.
Siyahıya daxil olan pivə bağları öz ab-havasına, dekorasiyasına, yemək və içki seçiminə, məkanına, qiymətinə və müştəri məmnuniyyətinə görə seçiliblər.
“Rising Sun” - Somerset
“Big 7 Travel” bildirir ki, “Rising Sun” Bristolun mərkəzindən cəmi 15 dəqiqəlik məsafədədir, lakin özü kənddə yerləşdiyi üçün insan özünü sanki dünyanın hüdudlarından kənarda hiss edir.
Chev çayının sahilində, Pensford Viadukun ətəyində yerləşən böyük pivəxana heyrətamiz mənzərəsi və rahat atmosferi ilə seçilir.
Qeyd edək ki, pivəxanada qiymətlər olduqca münasib hesab olunur.
“Ferry İnn” – Solkom
Solkomda yerləşən 1739 -cu ildə tikilmiş “Ferry İnn” ən qədim və məşhur pivəxanalardan biridir.
“Big 7 Travel” qeyd edir ki, bu qədim pivəxana sahilə yaxın ərazidə yerləşir və gözəl daş terrasdan ibarətdir. Burada -pivəxananın çölündə isti günlərdə sizi günəşdən qoruyan çətirləri , günəş batanda pəri lampalarını xatırladan işıqları və onlarla böyük piknik masaları görəcəksiniz.
“Canal House” – Birminhem
“Big 7 Travel” “The National Pub & Bar Awards”da ən yaxşı pivəxana adını qazanan “Canal House” haqqında deyir: " Canlı musiqinin sədaları altında insanı tox saxlayan qızartmalar bura gələn müştəriləri heyran edir. Burada gözəl mənzərəsi olan kanalın ətrafında çoxlu oturacaqlar var və yerlər daim rezervlə dolu olur. Sayt əlavə edir: " 60-dan çox pivə, çoxlu kokteyl menyusu və təklif olunan sərinləşdirici içkilərin geniş çeşidi sizi lap çaş-baş qoyacaq".
“Ship İnn” – Norfolk
Norfolk bölgesindəki “Mundesley Beach”in 'qızıl qumlarına' baxan “Ship Inn” pivəxanasının ətrafı dənizkənarı qaçış zonası hesab olunur. “Big 7 Travel” deyir: “300 il yaşı olan sözügedən pivəxana yerli sakinlər və qonaqlar tərəfindən dadlı və iddiasız yeməkləri və əla çeşiddə yerli pivələri ilə seçilir.
“Watering Hole”– Peranport
Reytinqdə bir nömrəli pivəxana hesab olunan “ Watering Hole” haqqında “Big 7 Travel” deyir: “ Perranportun qızıl qumlarının həndəvərində tərəf yerləşən “ Watering Hole” həm bar , həm də canlı musiqinin səsləndiyi restoran kimi fəaliyyət gostərir. Bu pivəxana bütün il boyu açıqdır və bura birbaşa yerli pivə zavodlardan pivələr gətirilir. Kokteyllər, müxtəlif sərinləşdirici və isti içkilər, o cümlədən isti şokolad da müştəriyə təqdim edilir.
“Big 7 Travel” Sam Ryderin bu yay “ Watering Hole”də çıxış edəcəyini açıqlayıb.
Məkan müxtəlif canlı musiqi tədbirləri ilə məşhurlaşıb.
Leyla Şıxəli, “İki sahil”