26 iyun 2023 09:02
570

Mehriban Əliyeva: Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm. Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram”.