Bu gün Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould tvitter hesabında qeyd edib.
"Böyük Britaniya və Azərbaycanın hüquq mühafizə orqanları narkotik vasitələrin beynəlxalq sərhədlərdən keçirilməsinə qarşı mübarizədə sıx əməkdaşlıq edir", - deyə səfir əlavə edib.