26 iyun 2023 23:50
533

XİN başçılarının Vaşinqton görüşü iyunun 29-dək davam edəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar iyunun 29-dək davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Görüş sabah başlayır.

Dövlət katibi Blinken hər iki nazirlə danışıqlar aparacaq.