Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ-da görüşü keçirilir.
“İki sahil” xəbər verir ki, görüş 4 saatdan çoxdur ki, davam edir.
***
ABŞ-ın Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
“İki sahil” xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam edib.
İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.