Son vaxtlar həm Ermnistanla şərti sərhəddə, həm də Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə təxribatların ardı-arası kəsilmir. Mövqelərimizi atəşə tutuan qanunsuz erməni silahlı birləşmələrinə ordumuz tərəfindən layilqi cavablar verilir. Laçında, suveren ərazimizdə tam qanuni əsasla yaratdığımız sərhəd keçid məntəqəsini həzm edə bilıməyən Ermənistan tərəfi əsgərimizi yaralamaqla niyyətini açıq şəkildə ortaya qoydu. Bundan sonra Azərbaycan tərəfi baş verən insidentlə bağlı cinayət işi açaraq istintaq işləri həyata keçirir. Bunun ardınca Naxçıvan istiqamətində mövqelərimizə atəş açan Ermənistan ordusuna paralel şəkildə Qarabağdakı qanunsuz erməni silahlı qruplar da Şüşa, Füzuli istiqamtələrində müntəzəm şəkildə ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutur.
“Fərrux”, Sarıbaba, “Qisas”...

Məlum olduğu kimi ötən gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə ordumuzun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Qəhrəman və qalib Azərbaycan Ordusu dərhal cavab tədbirləri həyata keçirib. Qanunsuz erməni silahlı dəstələtinə qarşı keçirilən “Qisas” əməliyatı nəticəsində ilkin məlumata görə düşəminin 5 əsgəri məhv edilib. Əslində qeyri-qanuni erməni silahlı dəstələri və onların havadarları bilməli idilər ki, Azərbacyan Ordusu onların bu təxribatlarını cavabsız qoymayacaq. Vətən müharibəsində tarixi qələbə qazanaraq Ermənistan ordusunu darmadağın edən qəhrəman ordumuz postmüharibə dövründə düşmənən qarşı bir neçə dəfə uğurlu əməliyyat keçirib. Ötən ilin mart ayında keçirilən “Fərrux” əməliyyatını yada salaq. Ordumuz tərəfindən uğurla həyata keçirlən bu əməliyyat nəticəsində çox strateji bir yüksəklik, Fərrux dağı nəzarətimizə götürüldü. Bu əməliyyatlarla Ermənistan tərəfinə, sülhməramlılara, eyni zamanda separatçılara çox vacib bir mesaj verildi. “Fərrux” əməliyyatı sırf Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə olduğu üçün həm siyasət, həm də hərbi iradə olaraq, ermənilər üçün bir qırılma nöqtəsi oldu. “Fərrux” əməliyyatında mesajımız ondan ibarət oldu ki, sonrakı mərhələdə Qarabağın ərazisində, Azərbaycan silahlı qüvvələrini təhrik edəcək dərəcədə harada atəşkəs pozularsa, orada Rusiya sülhməramlı qüvvələri “qeyri-qanuni birləşmələri” sığortalaya bilməz. “Fərrux” əməliyyatı ilin başlanğıcında çox uğurla həyata keçirildi. Laçın rayonu ərazisində bir əsgərimizi şəhid etməklə silahlı qüvvələrimizi yenidən təhrik etdilər. Silahlı qüvvələrimiz “Qisas əməliyyatı” keçirmək məcburiyyətində qaldı. Bu əməliyyat da çox uğurlu keçildi. Xüsusən də nəzarətə götürülən strateji yüksəkliklər baxımından çox önəmli oldu. Qırxqız, Sarıbaba yüksəklikləri dəniz səviyyəsindən 2000-2500 metr yüksəklikdə olan ərazilər idi. Əməliyyat zamanı Laçın dəhlizi, Laçın rayonu ərazisi müşahidə nəzarətmizə keçmiş oldu. Bu ərazilər də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi sayılırdı. Ondan sonrakı mərhələdə Laçın rayonundan ermənilərin tam çıxarılmasına nail olduq. Təbii ki, bu ərazilərin nəzarətə götürülməsi baxımından bölmələrimizin əməliyyat cavabdehliyinin genişlənməsi anlamına gəldi.
Qanunsuz erməni birləşmələrini təxribatlara “həvəsləndirən” elə sülhməramlılardır
Yəni, bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatını cavabsiz qoymayaq onlara sarsidici zərbələr endirməkdə davam edədəck. Rusiya sülhməramlılarının bölgədə müvəqqəti məskunlaşması separatçılar üçün sığorta deyil. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olar. Çünki son günlər Qarabağda qanunsuz erməni silahlı qruplar tərəfindən ordumuzun mövqelərinini atəşə tutulması faktlarının sayı artıb. Növbəti təxribatlar da istisna deyil. Unutmasınlar – istənilət təxribatlara cavab amansız olacaq! “Qisas”ımızı sınamasınlar! Qəhrəman ordumuz qısa müddət ərzində həm qanunsuz erməni silahlılarını, həm də onların hərbi infrastrukturunu darmadağın edə bilər. Onlar kimə və nəyə güvənirlər? Və yaxud onları bu təxribatlara kim sövq edir? Məlumdur ki, bölgədə olan qanunsuz erməni birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altındadır. Onlara təlim keçilməsi ilə bağlı mediada fotolar yayılıb. Belə çıxır ki, qanunsuz erməni birləşmələrini təxribatlara “həvəsləndirən” elə sülhməramlılardır.
İkili standartlar və rüşvət: Bəzi Qərb dairələri Rusiyanın marağına xidmət edirlər
Rusiya sülhməramlılarının dəstəyi, təşviqi ilə təxribatlar törədən separatçılara Avropa bəzi Qərb dairələrinin, Avropa Parlamenti kimi korrupsiya yuvası olan strukturların dəstək verməsi ağlasığmazdır. Bir tərəfdən Ukraynada Rusiyaya qarşı savaşırlar, iqtisadi sanksiyalar tətbiq edirlər, digər tərəfdən rusiyalı sülhməramlıların, daha konkret – Rusiyanın hansısa dairəsinin hazırladığı plana dəstək veririlər. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etdiyi mərasimdəki çıxışı zamanı bildirmişdi ki, işğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir: “Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq? Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz.” İkili standartlar və rüşvət əsaında erməni lobbisinin marağına xidmət eədn bəlli Qərb dairələri belə çıxır ki, təkcə erməni lobbisin deyil, eləcə də Rusiyanın marağına xidmət etmiş olurlar...

Bu fikri dəstəkləyən başqa bir fakt isə odur ki, hazırda Vaşınqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü keçirilir. ABŞ dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib. Deməli Qarabağda qəsdən təxribat törədilib ki, Vaşinqton danışıqlarına kölgə düşsün. Bunu istəyən Rusiya ola bilər. Bunu iəs separatşıların əli ilə məqsədyönlü şəkildə törədirlər. Amma həmin qüvvələrin hər hər biri unutmasın ki, bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Düşmən də, havadarları da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində mərasimdəki çıxışını diqqətlə oxusunlar. Həmin çıxışdan bir hissə nə demək istədiyimizi aydın göstərir: “Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır.”
Anar Miriyev, “İki sahil”