28 iyun 2023 20:08
488

ABŞ Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinə dəstək verməyə maraqlıdır - Ceyk Sallivan

ABŞ Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işIər naziri Ceyhun Bayramovla görüşündə deyib.

Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.